25 C
Baku
Thursday, June 19, 2025

Aİ Şurası birgə təhlükəsizlik və müdafiə üçün 150 milyard avro ayırılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası birgə təhlükəsizlik və müdafiə sahəsində satınalmaların həyata keçirilməsi üçün 150 milyard avro ayırılmasını təsdiqləyib.

Bu barədə Aİ Şurasının saytında məlumat paylaşılıb.

Bildirilib ki, şura bu gün Avropa üçün Təhlükəsizlik Fəaliyyəti alətini (SAFE) qəbul edib.

Qeyd olunub ki, SAFE ortaq satınalmalar vasitəsilə müdafiə sənayesinə sərmaye qoymaq istəyən üzv ölkələrin dəstəklənməsi üçün Aİ-nin yeni maliyyə alətidir. Proqram vasitəsilə Avropanın müdafiə texnologiyası və sənayesinə təcili və genişmiqyaslı investisiyaların maliyyələşdirilməsinin həyata keçiriləcəyi vurğulanıb.

“Məqsəd istehsal imkanlarını artırmaq, ehtiyac duyulduğu zaman müdafiə vasitələrini təmin etmək və hazırkı boşluqların aradan qaldırılması ilə bütövlükdə Aİ-nin müdafiə hazırlığını gücləndirməkdir”, – məlumatda qeyd edilib.

Polşanın Avropa İttifaqı üzrə naziri Adam Szłapka bildirib ki, proqram Aİ-nin müdafiə imkanlarını gücləndirərək çəkindiricilik qabiliyyətini artıracaq.

Son xəbərlər
Digər xəbərlər