23 C
Baku
Monday, June 2, 2025

“Azərkosmos”un ixracdan gəlirləri 13% azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 40 ölkəsinə 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025- ci ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2025-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk
beşliyində 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,2 ABŞ milyon dolları ilə Lüksemburq, 255 min ABŞ dolları ilə Nigeriya, 238,6 min ABŞ dolları ilə Misir və 238,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 6,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Belə ki, illik müqayisədə “Azərkosmos”un ixracdan gəlirləri 12.5% azalıb.

Son xəbərlər
Digər xəbərlər