6 C
Baku
Sunday, December 15, 2024

Bu qurumda vəzifəli şəxsləri işdən çıxarıldı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub.

Banker.az “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb.

BTRİB-dən məsələ ilə bağlı şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər