“Yapon MicroStrategy” ləqəbli investisiya şirkəti “Metaplanet” təxminən 117 milyon dollar dəyərində 1088 bitkoin aldığını açıqlayıb. Orta alış qiyməti 1 BTC üçün 108 072 dollar təşkil edib. Şirkətin ümumi ehtiyatları təxminən 851 milyon ABŞ dolları məbləğində 8 888 BTC-yə çatır.
Yanvar ayında Metaplanet yenanın zəifləməsi və bitkoinin yeni rekorda yüksəlməsini əsas gətirərək, sürətlənmiş templə bitkoin almaq üçün 116 milyard yena (təxminən 745,5 milyon dollar) toplamaq planlarını açıqlayıb. Həmin vaxt şirkət iqtisadi şərtləri nəzərə alaraq kriptovalyutanı “mümkün qədər tez” almaq niyyətini vurğulamışdı.
“Metaplanet” səhmləri ötən il ərzində təxminən 5000% artıb, lakin 2013-cü ildəki zirvələrindən xeyli aşağıda qalıb.