20 C
Baku
Friday, June 6, 2025

Ukrayna nümayəndə heyəti İstanbulda Avropa təmsilçiləri ilə görüşüb

Ukrayna nümayəndə heyəti Rusiya ilə İstanbulda saat 13:00-a planlaşdırılan danışıqlardan əvvəl Almaniya, İtaliya və Böyük Britaniya nümayəndələri ilə görüş keçirib, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Qeorqi Tixi bildirib.

İclasda Ukraynanı xarici işlər nazirinin birinci müavini Serqey Kislitsa və prezident aparatı rəhbərinin müşaviri Aleksandr Bevz təmsil edib.

Daha əvvəl, mayın 16-da da əsas danışıqlardan öncə müxtəlif səviyyələrdə bir neçə müzakirə aparılıb. Ukrayna nümayəndə heyəti Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri, ABŞ və Türkiyənin nümayəndələri ilə görüşüb.

Rusiya və Ukrayna arasında son üç ildə ilk birbaşa görüş “1000-ə 1000” düsturuna əsasən məhbus mübadiləsi ilə nəticələnib. Tərəflər həmçinin “mümkün atəşkəs”i necə gördüklərini ətraflı şəkildə təqdim etməyə razılaşıblar.

Son xəbərlər
Digər xəbərlər