19 C
Baku
Sunday, June 8, 2025

Annalena Berbok BMT Baş Assambleyasının Prezidenti seçilib

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.

O, Assambleyaya rəhbərlik edəcək ilk avropalı qadın, ümumilikdə isə bu vəzifəyə seçilmiş beşinci qadın olacaq.

Səsvermədə BMT-yə üzv olan 188 ölkə iştirak edib, onlardan 14-ü bitərəf qalıb. Berbok 167 səs toplayaraq rəqibi Helga Şmidti geridə qoyub.

Yeni seçilmiş prezident çıxışında ona dəstək verən dövlətlərə təşəkkürünü bildirib və fəaliyyət dövründəki əsas prioritetlərini açıqlayıb.

Onun sözlərinə görə, təşkilatın 21-ci əsrin tələblərinə uyğunlaşdırılması və üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulması başlıca məqsədlərindən biri olacaq. Berbok eyni zamanda, “Gələcək üçün Pakt”ın əhəmiyyətini vurğulayıb və BMT-nin hər kəsi əhatə edən qlobal təşkilat kimi gücləndirilməsinin vacibliyini qeyd edib.

Berbok sentyabr ayında vəzifəsinin icrasına başlayacaq və bir il ərzində BMT Baş Assambleyasına rəhbərlik edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər