26 C
Baku
Tuesday, April 30, 2024

5, 10 və 20 dollarlıq banknotların dizaynı dəyişdiriləcək

Politico nəşrinin verdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Ceykob Lyu 5, 10 və 20 dollar nominalında olan banknotların dizaynında müəyyən dəyişikliklərin ediləcəyini bildirmişdir.

Verilən məlumatlara görə, XIX əsrdə qulların azad edilməsi uğrunda döyüşən Harriet Tabmen ABŞ banknotu üzərində təsvir edilən ilk afroamerikalı qadın olacaq. Onun təsviri üzərində ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun təsvirinin yer aldığı 20 dollarlıq banknotun üzərinə həkk ediləcək.

21currency web2 popup
Harriet Tabmen

Bununla yanaşı, ABŞ maliyyə nazirliyinin son qərarına əsasən, əvvəllər planlaşdırıldığı kimi 10 dollarlıq banknotdan ABŞ-ın ilk maliyyə naziri olan Aleksandr Hamiltonun təsvirinin ləğv edilməsi məsələsindən imtina edildi.

 

Lakin bununla belə, 10 dollarlıq banknotların digər tərəfində qadın hüquqlarının qorunması uğrundan fəaliyyət göstərən fəal qadınların təsvirləri yer alacaq. XX əsrdə vətəndaşlıq hüquqları uğrunda ictimai liderlərin təsvirini 5 dollarlıq banknotların digər üzündə görmək mümkün olacaq.

Yeni dizaynlı banknotların təqribən 2020-ci ildə kütləvi dövriyyəyə buraxılacağı gözlənilir. Bununla yanaşı, ölkənin maliyyə nazirliyi FES-ni bu prosesi sürətləndirməyə və yeni dizaynlı banknotları mümkün qədər tez bir zamanda dövriyyəyə buraxmağa çağırmışdır.


 

Son xəbərlər
 ⁠
Digər xəbərlər