Türkiyə terrorla mübarizədə NATO müttəfiqlərindən kömək istəyib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin NATO nəzdində xidmət edən şəxsi heyətinə Qurban bayramı münasibətilə təbrikində deyib.
O bildirib ki, üzv ölkələr nə qədər güclü olsa, təşkilat da bir o qədər güclü olar: “Bu baxımdan alyansın güclənməsi nə qədər mühümdürsə, müttəfiqlərin birlik, həmrəylik ruhuna uyğun hərəkət etmələri də bir o qədər zəruridir. Bir çox terror təşkilatı ilə uğurla mübarizə aparan ölkəmizin səylərinə müttəfiqlərin də dəstək verməsi vacibdir”.
Nazir qeyd edib ki, Türkiyə NATO-nun təhlükəsizlik siyasəti və strateji hədəfləri istiqamətində regional və qlobal təhlükəsizlik, sülh və sabitliyə töhfə verməyə davam edəcək.