19 C
Baku
Saturday, June 7, 2025

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

“Bank of Baku” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib. 

Banker.az xəbər verir ki, Rəşad Məlikov Rasim oğlu “Bank of Baku” ASC-nin İdarə Heyətinin üzvü, eləcə də İdarə heyəti sədrinin müavini və Baş maliyyə inzibatçısı təyin olunub.

Təhsil:

Rəşad Məlikov 2005-2009-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini sözügedən universitetdə 2009-2013-cü illərdə davam etdirərək MBA proqramı (Biznesin təşkili) üzrə magistr dərəcəsi alıb. 

İş həyatı:

Rəşad Məlikov bank sektorunda peşəkar karyerasına 2011-ci ildə Bank of Baku-da başlayıb. Həmin ildən 2018-ci ilədək Aktiv/passivlərin idarə edilməsi və büdcə təşkili departamentində, Maliyyə departamentində fərqli vəzifələri icra edib. 

2018-ci ildən etibarən Maliyyə departamentinin Proqnoz və büdcə şöbəsinin müdiri olaraq çalışıb. 2019-cü ildən isə bu vəzifə ilə yanaşı, baş mühasib vəzifəsini yerinə yetirib. 

2022-ci ildən hazırkı təyinata qədər Bank of Baku-da Maliyyə departamentinin direktoru/Baş mühasib olaraq fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər