20 C
Baku
Monday, June 9, 2025

Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 33,559 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % azdır.

Təkcə mayda Türkiyə Azərbaycana 7,49 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 % azdır.

Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artaraq 16 milyard 581 milyon ABŞ dollarına, mayda isə 22,9 % artaraq 3,948 milyard ABŞ dollarına çatıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər