25 C
Baku
Monday, July 28, 2025

Nəqliyyat şirkəti 2024-cü ildə mənfəət əldə edib

“Atilla Trans Services A” QSC təqdim etdiyi maliyyə hesabatlarına əsasən, 2024-cü ili 44.28 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən illə müqayisədə 25%-lik artım deməkdir. 2023-cü ildə şirkətin xalis mənfəəti 35 499 manat təşkil etmişdi.

Banker.az bu barədə şirkətin illik audit hesabatına  istinadən xəbər verir.

Əsas əməliyyat gəlirləri 2024-cü ildə 2,88 milyon manata yüksəlib, bu da 2023-cü illə (1,6 milyon manat) müqayisədə 79%-lik artımı göstərir. Əməliyyat xərcləri də müvafiq dövrdə 2,82 milyon manata qədər artıb. Beləliklə, əməliyyat mənfəəti ötən illə müqayisədə təxminən 25%-lik artım nümayiş etdirərək 55.35 min manat təşkil edib.

2024-cü ilin sonuna şirkətin aktivləri ümumilikdə 20,45 milyon manata çatıb ki, bu da 2023-cü illə müqayisədə 48%-lik artımı göstərir. Artımın əsas hissəsi nəqliyyat vasitələri ilə (18,2 milyon manat) bağlıdır – bu göstərici əvvəlki illə müqayisədə 54%-lik artım deməkdir.

Kapital da eyni dövrdə artaraq 157,8 min manata yüksəlib (2023: 102,4 min manat). Bu artım əsasən dövriyyədən əldə olunan mənfəətin bölüşdürülməməsi ilə bağlıdır.

Şirkətin ümumi öhdəlikləri 2024-cü ildə 20,29 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər