11 C
Baku
Monday, September 30, 2024

“Texnikabank”ın əmanətçilərinə 115 mln. manatdan artıq kompensasiya ödənilib

“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş agent banklar vasitəsi ilə sənədləri qaydasında olan qorunan əmanətçiyə ümumilikdə 122,5 mln. manat ödənilməli olan kompensasiya məbləğinin 115,3 mln. manatı ödənilib.
Fonddan  verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin  qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

Qeyd edək ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank”ın qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər