25 C
Baku
Wednesday, July 9, 2025

Lizinq şirkəti borclar cəlb edib lizinqə yönəldib

2024-cü ildə “Legion Financial” ASC-nin aktivləri 13.77 milyon manata yüksələrək əvvəlki illə müqayisədə 2.9 dəfə artım göstərib.

Öncəki ilin eyni dövründə bu rəqəm 4.75 milyon manat idi. Bu artım əsasən maliyyə lizinqi üzrə debitor borclarının 112% artaraq 10.05 milyon manata çatması ilə əlaqəlidir.

Banker.az xəbər verir ki, aktivlərdəki bu genişlənmə əsasən öhdəliklərin 9.02 milyon manata qədər yüksəlməsi hesabına maliyyələşdirilib. Xüsusilə müddətli borc öhdəlikləri (5.23 milyon manat) və səhmdarlardan alınan vəsaitlər (2.47 milyon manat) artımın əsas mənbələri olub.

“Legion Financial” ASC 2024-cü ildə 1.21 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən illə müqayisədə 97% artım deməkdir. 2023-cü ildə 616 min manat xalis mənfəət əldə etmişdi.

Lizinq şirkətinin faiz gəlirləri 2.5 dəfə artaraq 2.2 milyon manata çatıb, faiz xərcləri isə 735 min manat təşkil edib.

Qeyri-faiz gəlirləri 374 min manat olduğu halda, qeyri-faiz xərcləri 191 min manat olub.

“Legion Financial” ASC-nin ən böyük səhmdarı 39.5% payla İsmayılov Turan Mübariz oğludur. Onu 31.6%-lik payla Süleymanlı Ramin Rəhman oğlu izləyir. Digər səhmdarlar sırasında Məmmədov Böyükağa Mirkamal oğlu 13%, Soltanov Rövşən Rafiq oğlu 10.5%, Kolas Konstantin isə 5.4% payla təmsil olunur.

Son xəbərlər
Digər xəbərlər