19 C
Baku
Tuesday, June 17, 2025

Rekord: Azərbaycan son bir ildə xaricdən 68 tonluq qızıl alıb

Azərbaycan 2024-cü ilin aprelində 8 tona yaxın qızıl alışını etməklə ölkə tarixində ən iri həcmli idxal həyata keçirmiş olub.

Banker.az xəbər verir ki, ilin ilk dörd ayında ümumi həcmi 26 930 kq həcmində (2 milyard 527 milyon ABŞ dolları) qızıl alınıb.

Bunun da təkcə 7 988 kq-sı aprel ayının payına düşüb və indiyə qədər aylıq ən irihəcmli alışdır.

Azərbaycan bu növdə metalın idxalına keçən ilin aprelindən başlayıb və ötən ilin 9 ayında cəm həcmi 41 078 kiloqram və ya 3 milyard 313 milyon dollarlıq qızıl almışdı.

Beləliklə, son bir ildə – 2024-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər xaricdən 68 008 kq və ya 5 mlrd. 840 mln. dollar üzərində sarı metal idxal olunub.

Qızıl son illərdə geosiyasi gərginliklərin artması, əsas mərkəzi bankların faiz endirimlərinə getməsi ilə tarixi maksimuma yüksəlsə də, 2024-cü ilin noyabrından ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın tarif siyasəti qiymətli metalın qiymət artımını bir qədər də tətikləyib. Hazırda bir unsiya qızılın dəyəri 3 300 ABŞ dolları üzərində ticarət edilir.

Qeyd edilən məlumata Dövlət Neft Fondunun əməliyyatları daxil edilmədən hesablanır. Suveren fondun 2025-c ilin ilk rübündə daha 18.7 tonluq qızıl alıb ki, bununla da suveren fondun qızıl ehtiyatlarının həcmi 165.3 tona yüksəlib.

3244 scaled

Azərbaycan üçün bahalaşan qızıl xərcləri də artırıb. Məsələn, keçən martda bir kiloqram ölkəyə təqribən 92 min dollardan ucuz başa gəlirdisə, apreldə qiymətlər 103 min dolların üzərinə atılıb.

Ümumdünya Qızıl Şurasının (WGC) sorğusu göstərir ki, dünya üzrə mərkəzi banklar növbəti 5 ildə ehtiyatlarındakı qızıl payının artacağını, dollar ehtiyatlarının isə azalacağını gözləyir. Son üç ildə qızıl tələbi rekord səviyyədə qalxıb – aprel ayında qiymət 3,500 $/unsiya ilə tarixdə ən yüksək səviyyəyə çatıb. 73 mərkəzi bankın iştirak etdiyi sorğuda respondentlərin 76%-i gələcəkdə daha çox qızıl saxlayacaqlarını bildirib.

Azərbaycanın 2025-ci ilin ilk 4 ayında qızıl idxalı
Çəki, kq Dəyər, min dollar
Cəmi  26,929.56  2,527,305.11
  Rusiya    4,752.95     439,260.21
  Avstraliya    3,703.70     325,167.98
  Amerika Birləşmiş Ştatları    2,959.99     298,858.96
  Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı    2,694.33     248,928.16
  Meksika    2,107.72     185,463.97
  Kanada    1,375.07     129,773.39
  Çin    1,173.72     108,207.58
  İsveçrə    1,131.09     108,907.76
  Türkiyə    1,072.39       97,870.33
  Braziliya    1,021.46       95,318.81
  Almaniya    1,012.10       90,445.28
  Cənubi Afrika Respublikası    1,004.78     106,014.35
  Qazaxıstan       983.06       98,340.62
  Özbəkistan       951.30       95,319.85
  İspaniya       502.32       52,884.17
  Çinin xüsusi inzibati rayonu Honkonq       184.29       16,723.14
  Filippin       127.31       12,773.16
  İtaliya        71.95        7,199.62
  Yaponiya        37.88        3,552.22
  Qırğızıstan        36.85        3,938.04
  Rumıniya        13.12        1,224.06
  Zimbabve        12.20        1,133.44

 

Son xəbərlər
Digər xəbərlər