Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bununla da elektron pul təşkilatlarının sayı 19-a yüksəlib.
Xatırladaq ki, “Azvvallet” MMC 2024-cü ilin iyulunda təsis edilib və 817662 manat nizamnamə kapitalı var.
Hazırda lisenziyalı elektron pul təşkilatları:
- “A-Solutions Elektron Pul Təşkilatı” MMC
- “United Payment” MMC
- “Modenis” MMC
- “PashaPay” MMC
- “Mobile Payment Solutions” MMC
- “Mpay” QSC
- “Paysis” MMC
- “PulPal” MMC
- “Qoldenpey” ASC
- “K GROUP” MMC
- “Azərikard” MMC
- “Payriff” QSC
- “Greentek Group” MMC
- “Cüzdan” MMC
- “Tiko Azərbaycan” MMC
- “Baku Pay” MMC
- “Algoritma” MMC
- “Guavapay” MMC