27 C
Baku
Wednesday, June 18, 2025

Bakının bəzi ərazilərində qaz olmayacaq

Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə 18.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan  verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə”Maştağa-Gülçülük” yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər