24 C
Baku
Wednesday, June 18, 2025

Azərbaycanda metro və taksidən istifadə azalıb, avtobusdan isə artıb

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 750.4 milyon sərnişin daşınmış və 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə daşınma üzrə 6.8 faiz artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Avtobuslardan istifadə edənlərin sayı 7.1% artıb, taksidən istifadə isə 0.2% azalıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1.1 faiz azalaraq 94 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1495,5 min və ya 7,3 faiz çox sərnişin daşınmış, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər