İranın “Nobitex” kriptobirjasına hücum olunaraq 48.65 milyon dollar oğurlanıb. Məlumata görə, İsraili dəstəkləyən “Gonjeshke Darande” hakerlər qrupu məsuliyyəti öz üzərinə götürüb. Vəsaitlər təxribatçı imzası olan ünvana göndərilib. Belə ki, pul kisəsinin açarının əvvəlində “Fuck IRGC Terrorists NoBitex” ifadəsi şifrələnib.
Birja pul kisələrinə və bildiriş sisteminə girişin pozulması məlumatını təsdiqləyib. Bütün şübhəli əməliyyatlar dayandırılıb və daxili araşdırma aparılır. “Nobitex” bildirir ki, İstifadəçilərin soyuq pul kisələrindəki vəsaitlər təsirlənməyib, itkilərin sığorta fondu və şirkətin ehtiyatları hesabına ödəniləməsi planlaşdırılır. Buna baxmayaraq, sayt və tətbiq müvəqqəti olaraq işləmir.
Hakerlər “X”də yazdıqıları açıqlamada “Nobitex”i “İran rejimi üçün terrorizmi maliyyələşdirmək və sanksiyalardan yayınmaq üçün əsas alət” adlandırıblar və 24 saat ərzində daxili məlumatları dərc edəcəklərini vəd ediblər.