12 C
Baku
Monday, September 30, 2024

“OPEC-in gələcəyi yoxdur”

OPEC  daxili siyasi mövqe müxtəlifliyi səbəbindən tənzimləyici funksiyanı yerinə yetirmək durumunda deyil və islahatlara ehtiyacı var. Bunu “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

V. Ələkbərov deyib ki, OPEC-də mütləq islahatlar aparılmalıdır: “OPEK üzv ölkələr arasında fəaliyyəti koordinasiya etmək üçün yeni rıçaqlar hazırlamalıdır. İndiki formada OPEK-in gələcəyi yoxdur, onun imkanları tükənib”.

“OPEC-də mütləq islahatlar aparılmalıdır.”

Aprelin 17-də Qətərin paytaxtı  Doha şəhərində keçirilən  OPEC-in iclası da uğursuz nəticələnib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı olmayanlar da iştirak edib.  Görüşün məqsədi neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi.

Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib. Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.

Dohada neft hasilatçılarının görüşü (17 Aprel, 2016)
Dohada neft hasilatçılarının görüşü (17 Aprel, 2016)

Neft İxrac Edən Ölkələr Birliyi -OPEC  neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər