25 C
Baku
Thursday, June 19, 2025

ABŞ kəşfiyyatı: İranın nüvə silahı üzərində işlədiyinə dair heç bir sübut yoxdur

ABŞ Milli Kəşfiyyatının senatorlara verdiyi məlumata görə, İranın nüvə silahı üzərində işlədiyinə dair heç bir sübut yoxdur. “Tvit vasitəsilə xarici siyasət – çılğınlıqdır. Amma bu adam belə edir”, – deyə Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner ABŞ prezidentinin “kəşfiyyata məhəl qoymadığını” əlavə edərək söyləyib.

İran və İsrail arasında münaqişə iyunun 13-də başlayıb. Daha sonra İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və bir sıra yüksək rütbəli İran hərbçilərini öldürüb. Buna cavab olaraq Tehran Tel-Əvivi raket və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıb. WSJ-nin məlumatına görə, cənab Tramp İrana hücum planını artıq təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər