25 C
Baku
Thursday, June 19, 2025

Neft qiymətləri dalğalanır – Birjanın gözü Trampın İranla bağlı davranışına yönəlib

Neft qiymətləri dalğalanır, bazarın diqqəti Prezident Donald Trampın ABŞ-ı İsrail və İran arasındakı münaqişəyə cəlb edib-etməyəcəyinə yönəlib.

Banker.az xəbər verir ki, çərşənbə günü Brent markalı neft bir qədər bahalaşaraq 77 dollara yaxınlaşıb, WTI isə 75 dolların üzərində qalıb. Bu həftə neft qiymətləri 8 dollarlıq diapazonda dəyişib, dəyişkənlik artıb, opsion bazarında yüksəliş gözləntiləri güclənib və əsas qiymət fərqləri nəzərəçarpacaq şəkildə genişlənərək “backwardation” (yəni gələcəkdəki fyuçers qiymətləri, cari (spot) qiymətlərdən aşağı olması ) vəziyyətini göstərib.

ABŞ rəsmiləri yaxın günlərdə İrana zərbə endirilməsi ehtimalına hazırlaşır, lakin vəziyyət hələlik qeyri-müəyyəndir. Tramp çərşənbə günü müşavirləri ilə görüş keçirib, lakin Ağ Ev gələcək planla bağlı konkret açıqlama verməyib. Gündüz saatlarında “İranı bombalamağa yaxınlaşırsınızmı?” sualına cavabında Tramp bildirib: “Bəlkə edərəm, bəlkə etmərəm.”

Ən böyük narahatlıq Hörmüz boğazı ilə bağlıdır. Hazırda Tehran bu su yolunda neft daşımalarını pozmağa cəhd göstərmir. Dünyada hasil edilən xam neftin təxminən 20%-i bu boğazdan keçir.

“Hazırda bunu mümkün ssenari kimi görmürük, amma İran rejiminin bu qədər qeyri-sabit vəziyyətdə olduğunu nəzərə alsaq, hər kəs Hörmüz boğazını diqqətlə izləməlidir” – deyə. Amerika Neft İnstitutunun rəhbəri Mayk Sommers Bloomberg-ə bildirib.

“Goldman Sachs” analitikləri bildirir ki, Yaxın Şərqdəki gərginlik Brent neftinə hər barel üçün təxminən 10 dollarlıq geosiyasi risk əlavəsi gətirib. Bununla belə, bank əsas ssenari olaraq tədarükdə pozuntu olmasa, ilin son rübündə neftin 60 dollara düşəcəyini proqnozlaşdırır.

Bu arada ABŞ-da xam neft ehtiyatları son bir ildə ən böyük həcmdə – 11,5 milyon barel azalıb. Oklahomadakı Kuşinq anbarında da ehtiyatlar azalıb, benzin ehtiyatları isə artıb.

Son xəbərlər
Digər xəbərlər