25 C
Baku
Thursday, June 19, 2025

TuranBank-ın səhmdarlarının növbəti yığıncağı keçiriləcək

İyulun 24-də “TuranBank” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, İ.Qutqaşınli küç.,85 ünvanında yerləşən Bankın baş ofisində keçiriləcək.

Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim etməsi xahiş olunur.
Qeyd edək ki, səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın aşağıda qeyd edilən ünvanda yerləşən baş ofisi ilə əlaqə saxlayaraq tanış ola bilərlər:

Ünvan: Bankın Baş Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85.
Tel: (012) 510-79-11, 510-79-22;
İndeks: AZ 1073;

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər