23 C
Baku
Thursday, June 19, 2025

AMB: Azərbaycana xaricdən 229,5 mln. dollar pul köçürülüb

Bu ilin I rübündə Azərbaycana xaricdən 229,5 milyon ABŞ dolları pul köçürülüb.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (85,6 milyon ABŞ dolları), Türkiyə (39,6 milyon ABŞ dolları), ABŞ (23,3 milyon ABŞ dolları), Böyük Britaniyadan (8,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (7,8 milyon ABŞ dolları) daxil olub.

Son xəbərlər
Digər xəbərlər