®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta biznes sahiblərini (KOS) dəstəkləmək və müştəri təcrübəsini təkmilləşdirmək məqsədilə yeni kampaniyaya start verir.
Bank, 14 iyul 2025-ci tarixinədək davam edəcək kampaniya çərçivəsində 250 000 AZN-dək onlayn biznes kreditini 1% endirimlə, yəni illik cəmi 11%-dən təqdim edir. Kreditə müraciət edən biznes sahibləri “Tarifim” platforması vasitəsilə hədiyyələr əldə edəcəklər. Belə ki, biznes krediti əldə edildikdə 1 000 000 AZN-dək ölkədaxili ödənişlər və 250 000 AZN-dək valyuta mübadiləsi komissiyasız həyata keçiriləcək. “PAŞA Bank”ın təqdim etdiyi bu fürsətdən yararlanmaq üçün linkə keçid edin.
Qeyd edək ki, “PAŞA Bank”ın təqdim etdiyi bütün kredit məhsulları rəqəmsaldır və KOS müştəriləri, fiziki sənəd təqdim etmədən, Bankın filiallarına getmədən tamamilə onlayn şəkildə müraciət edə bilərlər. Bu rahat və sürətli proses sahibkarlara bizneslərini daha çevik və effektiv şəkildə idarə etməyə imkan verir.
“PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.