Azərbaycanın xaricə satdığı təbii qazın orta qiyməti keçən illə müqayisədə bahalaşıb.
Banker.az xəbər verir ki, 2035-ci ilin yanvar-may müddətində təbii qazın hər 1 000 kub metrini ölkəmizdən orta hesabla 373 ABŞ dollarına alıblar.
Bu da keçən ildə qeydə alınmış 348 dollarla müqayisədə 25 dollar və ya 7.2 faiz bahadır.
Məlumata görə, ilin ilk beş ayında Azərbaycandan xaricə 10.271 mlrd. kub-m təbii qaz satılıb ki, bu da ölkəyə 3.833 mlrd. dollar valyuta gətirməsi deməkdir.
Ötən il Azərbaycan xaricə 9.913 mlrd. kub-m və ya 3.451 mlrd. dollarlıq təbii qaz satılmışdı.
Qeyd edək ki, hazırda Niderland habında təbii qazın hər 1000 kub metri 473 dollardır.