Azərbaycanın su təminatının 70%-i kənardan idxal olunur.
Bunu Zabuxçay su anbarına mediatur zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
İ.Quliyev deyib ki, bu təminat Kür, Araz, Samur kimi qonşu ölkələrdən gələn çaylar vasitəsilə həyata keçirilir:
“Torpaqlarımızın işğaldan azad edilməsi sudan asılılığımızın azaldılması istiqamətində böyük töhfədir. Bu ərazilərdə anbarların tikilməsində də məqsəd odur ki, bizdə su qıtlığı ilə bağlı problem yaşanmasın. Təbii ki, iqlim dəyişmələri ilə əlaqədar dünyanın hər yerində su qıtlığı ilə bağlı problemlər var. Ancaq meloirasiya sahəsində biz kənd təsərrüfatı məhsulları istehsalçılarını ildə 3-4 dəfə su təchizatı ilə təmin etməyə qadirik” – deyə əlavə edib