20 C
Baku
Friday, June 20, 2025

İri tikinti materialları istehsalçısı adını dəyişdirir – Bu onun tarixində üçüncü dəyişmədir

Azərbaycanda tikinti materialları istehsalçısı “Fortis Group” MMC adını dəyişdirib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən şirkət bundan sonra  “Uğur İndustry” MMC kimi fəaliyyətini davam etdirəcək. Beləliklə şirkət üç dəfə rebrendinq etmiş olub. Belə ki, yarandığı gündən 2015-ci ilə qədər “AZBENTONİT” MMC, 2018-ci ilə qədər “GARANT İNŞAAT SƏNAYE” MMC və 2025-ci ilə qədər isə “Fortis Group” MMC kimi qeydiyyatda idi.

Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərirdi. Şirkətin 25 milyon manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Asif İbrahimov Ziyadxan oğludur. A.İbrahimov həm də şirkətin nizamnamə kapitalında 66 faiz paya malikdir. Digər payçı isə Tənzil Rüstəmlidir..

Hazırda “Fiber” və “Azbetonit” kimi brendlərlə məhsullar satır.

“Uğur İndustry” MMC 2023-cü ildə 31 milyon manat ümumi gəlirə qarşı 1 milyon manatın altında xalis mənfəət əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər