19 C
Baku
Sunday, September 29, 2024

“Azeri Light” nefti bir sıra xam neft növlərinə raqabətdə uduzur

Liviyada baş verən məlum hadisələr “Azeri Light” markalı xam neftin bazardakı əhəmiyyətini artırıb. Bunu SOCAR: “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” beynəlxalq konfransında çıxış edən “Platts” jurnalının redaktoru Nik Kolman deyib.

N.Kolmanın sözlərinə görə, “Azeri Light” nefti bir sıra xam neft növlərinə uduzur: “Azeri Light” faktiki olaraq Qərbi Afrikada hasil edilən xam neftin ixrac həcmi artdıqdan sonra rəqabətdə uduzur. “Azeri Light” nefti ilə “Brent” markalı xam neft arasındakı qiymət fərqi də getdikcə azalır”.

“Reuters” agentliyinin neft məsələləri üzrə redaktoru Qleb Qorodyankin isə deyib ki, son 5 ildə “Azeri Light”la” Brent” arasındakı qiymət fərqi 2 dollardan çox azalıb.

Report

Son xəbərlər
Digər xəbərlər