19 C
Baku
Sunday, September 29, 2024

Sabah dolların məzənnəsi 1,49 manata enə bilər-PROQNOZ

Azərbaycanda milli valyutanın son devalvasiyasından sonra ABŞ dollarının rəsmi məzənnəsi ilk dəfə olaraq 1,49 AZN/USD səviyyəsinə enə bilər. Neft qiymətlərinin 45 dollar/barel səviyyəsində sabitləşməsi və qlobal iqtisadi vəziyyətin bir qədər pozitiv mərhələyə daxil olması manatın məzənnəsinin möhkəmlənməsi prosesinin davam etməsinə səbəb olacaq. Bu, sabah, aprelin 26-da dolların rəsmi məzənnəsinin son 4 ayda ilk dəfə 1,50 AZN/USD səviyyəsindən aşağı düşməsinə səbəb ola bilər. Qeyd edək ki, aprelin 25-nə dolların rəsmi məzənnəsi 1,5036 AZN/USD təşkil edib. Bu, 2015-ci il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra ən minimal məzənnədir.

Analitika qrupu Report hesab edir ki, ABŞ dollarının məzənnəsi qısa müddət ərzində, may ayının sonuna qədər düşməkdə davam edəcək: “Bu müddət ərzində neftin qiymətinin 40-50 dollar/barel diapazonunda olacağı, qlobal fond bazarlarının sabit qalacağı ehtmal edilir ki, bu da manatın möhkəmlənməsini dəstəkləyəcək. İyun ayının ilk günlərində isə FES-in növbəti iclasının nəticələrindən asılı olaraq qlobal maliyyə bazarlarının yaxın 3 ayda perspektivi məlum olacaq və buna uyğun olaraq məzənnə üzrə yay ayları üçün proqnoz vermək mümkün olacaq”.

“İnvestorlar FES-in iyunda uçot dərəcəsini yüksəltməsini gözləsə də, bunun baş tutmayacağını, ilin sonunda və ya 2017-ci ilin əvvəlində FES-in uçot dərəcəsini aşağı sala biləcəyini ehtimal edirik. Lakin FES-in uçot dərəcəsini artırmaması və ya aşağı salması dolların məzənnəsinin ucuzlaşacağı anlamına gəlməməlidir. Çünki hazırda əsas valyutalar – avro və yenin aid olduğu bölgələrdə uçot dərəcələri artıq mənfi zonadadır. Dolların rəsmi məzənnəsinin may ayının sonuna qədər 1,40 AZN/USD səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır”, – deyə analitiklər qeyd ediblər.

 

Son xəbərlər
Digər xəbərlər