Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb.
Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.
Bildirilib ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.