“Rabitəbank” ASC mikro kreditlər üzrə portfelini tarixində ilk dəfə artırmaqla 124 milyon manatın üzərinə çıxarıb.
Banker.az bankın audit hesabatına istinadən xəbər verir ki, mikrokredit aktivlərinin həcmi 2024-cü ilin əvvəlində 93.24 milyon manat olduğu halda, ilin sonuna 125.47 milyon manata qaldırıb.
Bu da illik müqayisədə 34 faiz artım deməkdir.
Bankın ümumi kredit portfelinin həcmi ilin sonuna 862.45 mln. manat olub ki, mikrokreditlərin payının 15% olması deməkdir.
Qeyd edək ki, “Rabitəbank” tərəfindən mikrokrediti sənaye, ticarət, xidmət, istehsalat, nəqliyyat, tikinti və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə verilir. Məbləğ 500 – 100 000 manat, müddət 3–36 ay, faiz dərəcəsi illik 15–28%, güzəşt müddəti 6–12 aydır. Təminat kimi daşınmaz əmlak, avadanlıq, qiymətli metallar və ya zaminlik tələb olunur.
Kredit Növü | 31.12.2024 (min ₼) | 31.12.2023 (min ₼) |
Korporativ müştərilərə verilmiş kreditlər | ||
Korporativ kreditlər | 289,042 | 253,633 |
Cəmi korporativ kreditlər | 289,042 | 253,633 |
Fiziki şəxslərə verilmiş kreditlər | ||
Nağd pul kreditləri | 218,310 | 182,299 |
İpoteka kreditləri | 155,963 | 136,515 |
Mikro kreditlər | 125,470 | 93,236 |
Lombard kreditləri | 47,891 | 37,313 |
İstehlak kreditləri | 22,170 | 17,029 |
Kredit kartları | 3,454 | 3,327 |
Avtomobil kreditləri | 149 | 174 |
Cəmi fiziki şəxslərə kreditlər | 573,407 | 469,893 |
Müştərilərə verilmiş ümumi kreditlər | 862,449 | 723,526 |