22 C
Baku
Friday, June 20, 2025

Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub

“Anglo Asian Mining PLC” əsasən Azərbaycana fokuslanan qızıl, mis və gümüş istehsalçısı olaraq, törəmə müəssisəsi olan “Azerbaijan International Mining Company” (AIMC) tərəfindən rəhbərliyində bir sıra yeni təyinatlar olub.

Banker.az-a daxil olan məlumatda qeyd edilir ki, Dominik O’Haranın Mədənçilik direktoru vəzifəsinə təyin olunub. Dominic 15 ildən artıq müddətdə üç qitədə açıq və yeraltı mis və qızıl mədənlərində çalışmış təcrübəli mühəndis və idarəedicidir. AIMC-yə qoşulmazdan əvvəl o, konsaltinq sektorunda fəaliyyət göstərib, burada əməliyyat səmərəliliyinin artırılması təşəbbüslərindən tutmuş texniki tədqiqatlara qədər müxtəlif layihələrə rəhbərlik edib. O, həmçinin “Glencore” və “AngloGold Ashanti”də rəhbər vəzifələrdə çalışıb. Dominikin dərin sənaye bilikləri və təcrübəsi şirkətin fəaliyyət aktivləri portfelini genişləndirdiyi bir vaxtda rəhbər komanda üçün dəyərli töhfə olacaq.

13 illik mədənçilik təcrübəsinə malik Sean Lapham isə Geologiya direktoru kimi komandaya qoşulur. O, erkən kəşfiyyatdan tutmuş texniki-iqtisadi əsaslandırma mərhələsinə, istismar olunan mədənlərə və geniş geoloji modelləşdirmə işlərinə qədər layihələr üzərində çalışıb. “Sean SLR”, “Mining Plus”, “Lagata Private Equity” və “Glencore Copper” şirkətlərində baş geoloq vəzifələrində işləyib və mis, qızıl, kobalt və qalay üzrə ixtisaslaşmış “Competent Person” statusuna malikdir. Yeni vəzifəsində o, Şirkətin faydalı qazıntı ehtiyatları və mədən geologiyası üzrə bütün işlərini rəhbər tutacaq.

Sergey Reznik, Baş mədən mühəndisi (Mədən Planlaşdırması) kimi Şirkətə qoşulur. O, Şimali Amerika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə açıq və yeraltı mədən əməliyyatları sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Mədən planlaşdırılması, dizaynı və cədvəl tərtibatı üzrə ixtisaslaşmış Sergey, istehsal səmərəliliyini maksimum dərəcədə artırmaqla yanaşı, təhlükəsizlik və iqtisadi göstəricilərə də diqqət yetirir. Yeni vəzifəsində o, fəaliyyət göstərən mədənlərə və genişlənən layihə portfelinə dəstək göstərəcək.

Bundan əlavə, Afqan İmamlıFuad Sülxayevin müvafiq olaraq “Demirli” və “Gədəbəy” açıq mədənlərinin Mədən rəisi təyin olunduqları da açıqlanıb. Bu təyinatlar gündəlik əməliyyatlarda Baş Menecment Komandasının nəzarət yükünü azaldacaq.

“Bu təyinatlar Anglo Asian-ın orta müddətli böyümə strategiyasını – əsasən mis üzrə fəaliyyət göstərən, çox aktivli, orta ölçülü istehsalçıya çevrilmək hədəfini – reallaşdırmaq üçün kritik əhəmiyyət daşıyır və İcraedici Komandaya dəstək verməklə idarəetmə potensialını və ekspertizasını artıracaq”- deyə, açıqlamadan qeyd edilir.

 

Son xəbərlər
Digər xəbərlər