22 C
Baku
Friday, June 20, 2025

“Silk Way West Airlines”in dollar istiqrazlarına tələb yüksəldiyindən gəlirliliyi düşüb

2025-ci il iyunun 20-də “SİLK VEY VEST AVİAŞİRKƏT” MMC-nin istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac başa çatıb.

Banker.az xəbər verir ki, qeyd olunan istiqrazlar 4 iyun 2025-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə ticarətə buraxılmışdı.

Hərracın nəticələrinə əsasən, nominal dəyəri 1,000 ABŞ dolları olan 10,000 ədəd istiqraz tam həcmdə – 10 milyon ABŞ dolları məbləğində yerləşdirilib. İstiqrazların illik gəlirliliyi 5.5% təşkil edir və ödənişlər hər üç aydan bir həyata keçiriləcək. Tədavül müddəti isə 3 ildir.

Hərrac zamanı ən aşağı qiymət 1,000.0000 ABŞ dolları (5.50%), ən yüksək qiymət isə 1,042.2100 ABŞ dolları (4%) səviyyəsində formalaşıb. Ortaçəkili qiymət isə 1,020.2481 ABŞ dollarıeffektiv gəlirlilik 4.77% olub.

Ümumilikdə 53 sifariş daxil olub, yerləşdirmədə 52 investor iştirak edib. Hərracın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.

Son xəbərlər
Digər xəbərlər