22 C
Baku
Saturday, June 21, 2025

“Azərbaycan Kapital Bazarları Assosiasiyası”na yeni icraçı direktor təyin edilib

2025-ci ilin may ayında İdarə Heyəti əsasında fəaliyyət göstərən Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) bu ildən etibarən müasir korporativ idarəetmə standartlarına uyğun olaraq Direktorlar Şurası modelinə keçid edib.

Banker.az xəbər verir ki, yeni yaradılmış Direktorlar Şurasının sədri vəzifəsinə İnvestAZ İnvestisiya Şirkətinin Müşahidə Şurasının üzvü, Orkhan Baghirov seçilib.

Altı nəfərdən ibarət Şura üzvləri ölkənin və xaricin aparıcı maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərdir:

Emil Hasanov – “Azerfloat” QSC-nin Baş İcraçı Direktoru;
Fagan Naghiyev – İsveçrədə yerləşən “Crossinvest SA” şirkətlər qrupunun Rəhbər Heyətinin üzvü;
Mushfig Ahmadli – Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri;
Nadir Babazade – ABB Invest İnvestisiya Şirkətinin İcraçı direktoru;
Ogtay Gasimov, CFA – Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya inzibatçısı;
Parvana Gasimova – CFI Financial İnvestisiya Şirkətinin direktoru.

Bununla yanaşı, Assosiasiyada yeni təyinat da baş verib. Elvin Qasımov AKBA-nın yeni İcraçı direktoru olaraq fəaliyyətə başlayıb. O, AKBA-dan öncə Azərbaycanda Amerika Ticarət Palatasında, daha əvvəl isə dövlət qulluğunda müxtəlif vəzifələrdə işləyib.

Son xəbərlər
Digər xəbərlər