Azərbaycan Mərkəzi Bankın “2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası”nda öz əksini tapmış sindikat maliyyələşməsi bazarının inkişafı perspektivləri müzakirə edilib.
Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr Assosiasiyanın rəhbər şəxsləri və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayyəndə heyəti arasında görüşdə baş tutub.
ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.