Azərbaycanda iki sığorta şirkəti birləşir

Azərbaycanın iki sığorta şirkəti birləşir. Söhbət “Buta Sığorta” və “Günay Sığorta” şirkətlərindən gedir. Bu barədə “Günay Sığorta” şirkətinin idarə heyətinin sədri Vüqar Rəcəbov bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Maliyyə Nazirliyinə müraciət edilib. Sənədlərin toplanması işi gedir. V.Rəcəbov bildirib ki, proses 2 ay və daha çox çəkə bilər. Bütün işlər vaxtında yekunlaşarsa, konsolidasiya iyun ayında baş tutacaq.

fins.az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər