26 C
Baku
Saturday, June 21, 2025

İranla müharibə İsrailə ayda $12 milyarda başa gələ bilər

İrana qarşı müharibə İsrailə gündə yüz milyonlarla dollara başa gəlir – Qəzzada və ya Hizbullahla müharibədən daha çox. İsrail hakimiyyəti İranın nüvə proqramı və ölkənin arsenalı məhv edilənə qədər əməliyyatı davam etdirmək niyyətindədir və bu prosesin azı iki həftə davam edəcəyi proqnozlaşdırılır, “The Wall Street Journal” yazır. Bununla belə, yüksək xərclər İsraili münaqişəni mümkün qədər tez bitirməyə sövq edə bilər.

İsrail bu müharibəyə görə nə qədər ödəyəcək?

Ən əhəmiyyətli xərc İran raketlərinin qarşısının alınmasıdır. İsrail sadəcə İranın zərbələrini dəf etmək üçün gündə 200 milyon dollar xərcləyir. Buna silah-sursat, aviasiya və dağıdılmış binaların bərpası xərcləri də əlavə olunur ki, bu da ən azı 400 milyon dollar deməkdir.

İranın intensiv hücumları İsrail iqtisadiyyatında böyük durğunluğa səbəb olub. Bir çox müəssisə bağlanıb, hava limanları məhdud imkanlarla işləyir, raket zərbələri 5 mindən çox insanı evlərindən evakuasiya etməyə və hökumət hesabına hotellərə yerləşdirməyə məcbur edib, ölkənin ən böyük neft emalı zavodu atəşə məruz qaldığı üçün fəaliyyətini dayandırıb, məktəblər bağlanıb.

İsrailin Reyxman Universitetinin Aaron İqtisadi Siyasət İnstitutuna görə, ümumilikdə, İranla bir aylıq müharibə İsrailə 12 milyard dollara başa gələ bilər. Bu, 2024-cü ildə İranın müdafiə xərclərindən (7.9 milyard dollar) dörddə bir dəfə çoxdur.

Nə baş verəcək?

İsrail Bankının keçmiş qubernatoru Karnit Flug deyir ki, İsrail iqtisadiyyatı qısamüddətli münaqişəyə tab gətirə bilər. Lakin müharibə nə qədər uzun sürərsə, yük də bir o qədər çox olacaq.

S&P hələ də İsrailin kredit reytinqini dəyişməyib və ölkənin birjaları müharibəyə rəğmən rekord həddə çataraq ABŞ indekslərini üstələməkdə davam edir. Belə ki, investorlar İsrailin qələbə qazanması və Qəzza münaqişəsi zamanı ölkə iqtisadiyyatının nümayiş etdirdiyi möhkəmlik barədə nikbin qalırlar.

Son xəbərlər
Digər xəbərlər