Pakistan hökuməti ABŞ prezidenti Donald Trampın Hindistan — Pakistan münaqişəsinə “həlledici diplomatik müdaxiləsini nəzərə alaraq” Nobel Sülh Mükafatına namizəd göstərib. Donald Trampın özü isə jurnalistlərə deyib ki, o, heç vaxt Nobel Sülh Mükafatını ala bilməyəcək, çünki “bu mükafat yalnız liberallara verilir”.
Nəşr həmçinin qeyd edib ki, Donald Trampın hərəkətləri onun “əsl sülhməramlı rolunun sübutudur”. Pakistan hökuməti həmçinin Kəşmir regionunda münaqişənin həllində ABŞ prezidentinin rəhbərliyini qeyd edib.
İyunun 18-də Hindistanın Baş naziri Narendra Modi Donald Trampın Vaşinqtonun vasitəçiliyi ilə Yeni Dehli və İslamabadın münaqişəyə son qoyması barədə bəyanatını rədd edib. Cənab Modi bildirib ki, tərəflər Hindistan və Pakistan hərbçiləri arasında aparılan danışıqlar nəticəsində atəşkəs barədə razılığa gəliblər.