22 C
Baku
Saturday, June 21, 2025

İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, – nazir deyib.

Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər