İran nüvə mübahisəsini 2015-ci ildə olduğu kimi danışıqlar yolu ilə həll etməyə hazırdır. Bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Diplomatiya keçmişdə işləyib və gələcəkdə də işləyə bilər. Amma aqressiya dayandırılmalıdır ki, diplomatiyaya qayıda bilək”, – mesajda deyilir.
İran və İsrail arasında münaqişə iyunun 13-də başlayıb. Həmin gün İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və bir sıra yüksək rütbəli İran hərbçilərini məhv edib. Buna cavab olaraq Tehran Tel-Əvivi raket və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıb. Hərbi əməliyyatlar davam edir.