22 C
Baku
Saturday, June 21, 2025

“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb

“A-Qroup Sığorta Şirkəti” ASC-nin (A-Group) Direktorlar Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, vəzifəsindən ayrılan 49 yaşlı Anar Bayramovdur.

Anar Bayramov Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədridir.

Bu ayın əvvəlində bankir Elxan Qəribli”A-Qroup Sığorta Şirkəti” rəhbərliyinə təyinat aldığı barədə məlumat vermişdik.

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər