“Bank Avrasiya”da yığıncaq keçiriləcək

“Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin 17 iyul 2025-ci il tarixində, saat 11:00-da səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə “Bank Avrasiya” ASC-nin 01.01.2024-cü il tarixindən 31.12.2024-cü il tarixi üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatının təsdiqi daxildir.

Yığıncağın keçirilmə ünvanı Bakı şəhəri, Nizami küçəsi, ev 112 B-dir.

Xatırladaq ki, bankın nizamnamə kapitalının 49.50 faizinə “Top Properties” MMC, 49.50 faizinə “Azbizneskom” MMC, 1.00 faizlik hissəsinə isə fiziki şəxs Eynullayev Rüstəm Tariverdi oğlu sahiblik edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər