ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarını istifadə edib.
Bu barədə Reuters agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“ABŞ-nin B-2 bombardmançıları İranın nüvə obyektlərinə zərbələr zamanı istifadə edilib”, – agentliyin həmsöhbəti bildirib.
- Nəşr xatırladıb ki, əvvəllər obyektlərə zərbə endirmək üçün uyğun bombalarla təchiz edilə bilən B-2 bombardmançılarının yerdəyişməsi barədə məlumat verilmişdi.