19 C
Baku
Monday, June 23, 2025

İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat

“Troni İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasında dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Fərid Məmmədov Ruslan oğlu Müşahidə Şurasının üzvü seçilib.

O bu vəzifədə Şamil İsmayılov Vəli oğlunu əvəz edib.

2023-cü ilin aprelindən 2025-ci ilin aprelinə qədər “PSG Kapital İnvestisiya Şirkəti” ASC-nin direktoru kimi çalışırdı. Bundan öncə isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC və “AzFinance İnvestisiya Şirkəti” QSC (indiki CFİ İnvestisiya Şirkəti) kimi şirkətlərdə çalışıb.

Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış və 2022-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya əldə edib. Nizamnamə kapitalı 1 milyon 463 min manatdır.

 

Son xəbərlər
Digər xəbərlər