19 C
Baku
Tuesday, June 24, 2025

Hörmüz boğazında gərginlik artır

Şirkətlər gəmilərə Hörmüz boğazında vaxtlarını məhdudlaşdırmağı tapşırır. Gəmi izləmə məlumatları ən azı beş tankerin geri qayıtdığını göstərir. Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzində mühüm neft daşıma marşrutu üzərindədir.

Vaşinqtonun İsrailin İrana qarşı hücumlarına qoşulmaq qərarı İranın dünyanın neft və qaz tələbatının təxminən 20%-ni ödəyən Hörmüz boğazını bağlayaraq qisas ala biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Bunun fonunda “Brent” və “West Texas Intermediate” markalı xam neft bazar ertəsi günü sərmayədarların tədarük üçün potensial riskləri qiymətləndirməsi ilə əlaqədar son beş ayın ən yüksək həddinə çatıb.

“Kpler” və LSEG-in məlumatına görə, xam neft supertankeri “Coswisdom Lake” bazar günü boğaza çatıb. Bununla belə, o, geriyə dönərək cənuba doğru hərəkət edib. Bazar ertəsi isə yenidən geri qayıdıb və BƏƏ-nin Zirku limanına doğru yoluna davam edib.

Sinqapurda yerləşən “Sentosa Shipbrokers” şirkəti mayın əvvəli ilə müqayisədə körfəzə daxil olan boş tankerlərin sayının son bir həftədə 32%, yüklü tankerlərin yola salınmalarının sayının isə 27% azaldığını söyləyib.

Ümumilikdə, bölgədə tankerlərin daşınmasında dəyişikliklər baş verib, bir qrup gəmi indi Omana yaxınlaşır, İran bayraqlı gəmilərin əksəriyyəti isə yerli İran sularından istifadə edir.

“MarineTraffic” platformasının bazar ertəsi dərc edilən gəmi izləmə məlumatlarına görə, kimyəvi tanker “Kohzan Maru” istiqamətini dəyişib və Oman körfəzində qalıb. Neft tankeri “Red Ruby” və kimyəvi tanker “Marie C” də istiqamətini dəyişərək BƏƏ-nin Füceyrə limanından lövbər salıb.

Yaponiyanın “Nippon Yusen” və “Mitsui OSK Lines” həmi şirkətləri bazar ertəsi günü boğazdan tranzit keçməyə davam etdiklərini, lakin gəmilərinə körfəzdə keçirdikləri vaxtı minimuma endirməyi tapşırdıqlarını bildirib.

Bir neçə neft treyderi və analitikləri “Reuters”ə bildiriblər ki, gəmilər ərazidən kənarda növbə gözlədiyi üçün mümkün gecikmələr barədə xəbərdarlıq edilib. Xatırladaq ki, İran parlamenti bazar günü Hörmüz boğazının bağlanması ilə bağlı tədbiri təsdiqləyib. Bununla belə, bu qərar Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini gözləyir.

Son xəbərlər
Digər xəbərlər