18 C
Baku
Wednesday, June 25, 2025

Tramp İran — İsrail atəşkəsinin “əbədi” olacağını gözləyir

ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında elan etdiyi atəşkəsi “sülh üçün əla gün” adlandırıb və əlavə edib ki, o, atəşkəsin “əbədi davam edəcəyinə” inanır.

Atəşkəsin nə qədər davam edəcəyi ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Məncə, atəşkəs daimidir. O, əbədi davam edəcək”.

İsrail iyunun 13-dən məqsədi İranın nüvə proqramını məhv etmək olan “Aslan milləti” əməliyyatını həyata keçirir. İyunun 22-nə keçən gecə ABŞ hücumlara qoşularaq Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. Hərbi əməliyyatlar hələ də davam edir.

Son xəbərlər
Digər xəbərlər