18 C
Baku
Tuesday, June 24, 2025

Bakıda yeni yolun tikintisi səbəbilə hərəkət məhdudlaşdırılacaq

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər