Çin Sədri Si Cinpin iyulda Rio-de-Janeyroda keçiriləcək BRİCS sammitində iştirak etməyəcək.
Bu barədə mənbələrə istinadən “South China Morning Post” (SCMP) qəzeti yazıb.
Vəziyyətlə tanış olan adı açıqlanmayan rəsmilər nəşrə bildiriblər ki, Pekin Braziliya hökumətini sammitdə Çin nümayəndə heyətinə Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Syanın rəhbərlik edəcəyi barədə məlumat verib.
Çin liderinin sammitdə iştirak etməməsinə səbəb kimi göstərilir ki, Si Cinpin artıq bir ildən az müddətdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə iki dəfə görüşüb: əvvəlcə ötən ilin noyabrında Braziliyada keçirilən G20 sammitində, sonra isə may ayında Pekində Çin-Latın Amerikası və Karib hövzəsi ölkələrinin icması forumunda.
Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.