28 C
Baku
Wednesday, June 25, 2025

“Bloomberg”: Rusiyanın neft ixracı aprelin ortalarından bəri ən aşağı səviyyəyə düşüb

2025-ci ilin iyun ayında Rusiyanın dəniz yolu ilə xam neft ixracı aprelin ortalarından bəri ən aşağı səviyyəyə düşüb və son dörd həftə ərzində gündə 3.19 milyon barel təşkil edib, “Bloomberg” yazır.

İyunun 22-də başa çatan həftə ərzində ümumilikdə 28 tanker 20.89 milyon barel Rusiya xam nefti daşıyıb. “Bloomberg”in məlumatına görə, bu tendensiya müvəqqəti ola bilər və Sakit okeandakı Kozmino limanının texniki xidmət üçün bağlanması səbəbindən işində üç günlük fasilə ilə izah olunur.

İxracın azalması 2023-cü ilin avqustundan bəri karbohidrogen qiymətlərindəki ən böyük dörd həftəlik sıçrayış qismən kompensasiya edib. Moskvanın ixrac etdiyi xammalın ümumi dəyəri ay ərzində cəmi 2% artaraq həftədə 1.31 milyard dollara çatıb. “Bloomberg” həmçinin Rusiyadan ixrac edilən xam neftin orta qiymətinin iyunun 22-də bitən həftədə son beş ayın ən yüksək həddinə çatdığına aydınlıq gətirib: Urals nefti 6.70-6.80 dollar/barel artaraq təxminən 65 dollara, Şərqi Sibirdə hasil edilən ESPO markalı xam neft isə 6.20 dollar artaraq 69.32 dollar/barelə yüksəlib.

Bir gün əvvəl İranın Qətərdəki ABŞ hərbi bazasına zərbə endirməsindən sonra neftin qiyməti ucuzlaşmağa başlayıb. “Bloomberg” yazıb ki, buna səbəb İranın ABŞ-nin müdaxiləsinə reaksiyasının yumşaq olması və Yaxın Şərqdən resurs tədarükünün kəsilməsi ilə bağlı narahatlıqların azalmasıdır.

Son xəbərlər
Digər xəbərlər