24 C
Baku
Wednesday, June 25, 2025

Azərbaycanda bank kartlarının sayı 214 min ədəd azalıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə
olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya
2.8% artaraq 20 milyon 461 min ədəd təşkil etmişdir. Əvvəlki ay ilə müqayisədə isə ödəniş kartlarının sayı 214 min ədəd azalıb.

Banker.az xəbər verir ki, ödəniş kartlarında debet kartlarının sayı 4% artıb, kredit kartlarının sayı isə 6.2% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki,
ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə
müqayisədə 29% artmışdır.

2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,053 mln. manatı elektron ticarətin payına
düşür. Qalan məbləğin 1,016 mln. manatı POS-terminallar, 3.2 mln. manatı isə
özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş
kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının
67.1%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər